Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yadddaşımıza qaytarılır

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yadddaşımıza qaytarılır” adlı tədbir keçirib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinə (AXC), onun liderlərinə aid Türkiyədə saxlanılan çox qiymətli arxiv sənədlərinin - əlyazmaların, kitabların, jurnalların, xəritələrin – araşdırmaçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilməsinə həsr olunub.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) "Azərbaycan Xalq Cümhuriyyəti irsi milli yadddaşımıza qaytarılır" adlı tədbir keçirib. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinə (AXC), onun liderlərinə aid Türkiyədə saxlanılan çox qiymətli arxiv sənədlərinin - əlyazmaların, kitabların, jurnalların, xəritələrin - araşdırmaçı, sosiologiya elmləri doktoru Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilməsinə həsr olunub. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova AXC-nin 100 yaşının tamam olduğu ildə belə qiymətli arxiv sənədlərinin MEK-ə təqdim olunmasını kitabxanaya göstərilmiş yüksək etimad kimi dəyərləndirib. L.İmanova sənədlərin AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin tövsiyyəsinə əsasən MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil ediləcəyini vurğulayıb. AXC irsini əks etdirən qiymətli sənədləri toplayan, bir qismini MEK-ə təqdim edən alim Əfqan Vəliyev qeyd edib ki, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk açılış iclasında salona gətirilən üçrəngli bayrağı bolşeviklər 1920-ci il 27 aprel tarixində endiriblər. O, bayrağın və AXC-yə aid çox önəmli arxiv sənədlərinin qorunub saxlanılmasından, bu şərəfli işi böyük zəhmət hesabına həyata keçirən Mirzə Bala Məmmədzadənin keşməkeşli həyatından danışıb.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Əlizadə Əsgərli çıxış edərək Əfqan Vəliyevin bu sənədləri toplamasını, fədakarlıqla qoruyub saxlamasını, MEK-ə təhvil verməsini oxucular və araşdırıcılar üçün geniş imkanlar yaratdığını bildirib.

Azərbaycan Xalq Cumhuriyyəti tarixini araşdırarkən mühacirlərlə münasibətdə qazandığı etimad nəticəsində əldə etdiyi arxiv və 1918-1920-ci illərdə Azərbaycan Parlamentində asılan bayraq Ə.Vəliyev tərəfindən Azərbaycana gətirilib. Bayraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilmək üçün Ə.Vəliyev tərəfindən 24 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədova təhvil verilib. Xatırladaq ki, bu sənədlər MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması" layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında da yerləşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31