Ruhi Əliyeva: “Kədərli günlərimdə onlarla tez-tez görüşüb... ” - FOTO
9 İyun 2018 17:31 Sosial"Hər insanda bir az yumor hissi olmalıdır. Adamların üzündə təbəssüm yaratmaq böyük istedaddır. "Bu şəhərdə"nin payına da məhz bu düşüb. Daima insanları güldürən, onları bir az da olsa problemlərdən uzaqlaşdıran məhz sizsiniz. Sizinlə illərə söykənən dostluğum var. Təşəkkür edirəm, bu xoş münasibət üçün. Yaradın, daima üzlərə gülüş qondurun. Siz həm də hər birimizin ömrünü uzadırsınız".
Publika.az xəbər verir ki, bu sözləri biznes ledi Ruhi Əliyeva "Bu şəhərdə" komandası haqqında danışarkən deyib. O bildirib ki, "Bu şəhərdə"nin komandası: Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov çətin günlərində onun yanında olub:
"Kədərli bir dönəmim vardı. Həmin vaxtlarda bu qardaşlarımla tez-tez görüşüb söhbətləşirdik. Sağ olsunlar, əhvalımı yüksəltdilər. Onlar insana o qədər böyük ruh yüksəkliyi verirlər ki, problemləri unudursan".