Ramazan ayının 24-cü gününün duası: imsak və iftar vaxtı
9 İyun 2018 03:58 SosialSabah Ramazan ayının 24-cü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 9-da Bakıda imsak saat 03:19, iftar isə saat 20:26-dadır.
Ramazan ayının 24-cü gününün duası:
"İlahi, bu ayda Səndən Səni razı salacaq şeyləri diləyirəm, Səni qəzəbləndirəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət göstərən Allah!"
Allah orucunuzu qəbul etsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31