Tovuzda təcili yardım həkimlərinin döyülməsi xəbərinə RƏSMİ münasibət

Səhiyyə Nazirliyi Tovuz rayonu İbrahimhacılı kəndindən təcili tibbi yardıma tibb işçiləri və sürücünün döyülməsi ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətini mütəxəssisi Səfayə Əhmədova bildirib ki, təcili yardım məlumatda iddia edildiyi kimi çağırışa gecikməyib: "Təcili yardım çağırış daxil olandan 9 dəqiqə sonra hadisə yerinə çatıb. Təcili yardıma bütün zənglər qeydiyyata alınır. Çağırış saat 22:24-də daxil olub, 22:33-də təcili yardım briqadası hadisə yerində olub. Üstəlik, təcili yardım mərkəzdən deyil, hadisə yerinə ən qısa zamanda çatması üçün Tovuz rayon Qovlar şəhərindən göndərilib. Qovlar İbrahimhacılıya ən yaxın məntəqədir. Lakin təcili yardım briqadası hadisə yerinə çatanda xəstə ölüb. Bundan sonra xəstə yaxınları həkim və sürücünü döyüb, təcili yardım maşınına ziyan vurublar".

S.Əhmədova bildirib ki, hadisə nəticəsində tibb işçisi və sürücü travma alıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. 

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31