Akif Əlizadə yenidən AMEA prezidenti seçildi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
8 İyun 2018 14:56 SosialBu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
Səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.
Qeyd edək ki, A.Əlizadə AMEA-nın prezidenti vəzifəsinə 2013-cü ildə Akademiyanın prezidenti Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, Akademiyanın vitse-prezidenti olub.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31