"Realiti Şou"

Realiti şoular dünyanın ən populyar və gəlirli, yüksək reytinqli, geniş tamaşaçı kütləsinə malik televiziya proqramıdır. Bu tip şoularda adətən sonda bir mükafat olur və o mükafatı qazanmaq üçün seçilən iştirakçılar hədəfə çatmaq üçün hətta simalarını itirmək varsa belə, adını strategiya qoyduqları bütün yollardan istifadə edirlər. Realiti şouların təməli rəqabətə dayanır. Tamaşaçı isə rəqabəti sevdiyi kimi, rəqabəti izləməyi də sevir. Bu tip şoularda yarışçıların taleyi adətən smslə həll olunur.

Realiti şoular dünyanın ən populyar və gəlirli, yüksək reytinqli, geniş tamaşaçı kütləsinə malik televiziya proqramıdır. Bu tip şoularda adətən sonda bir mükafat olur və o mükafatı qazanmaq üçün seçilən iştirakçılar hədəfə çatmaq üçün hətta simalarını itirmək varsa belə, adını strategiya qoyduqları bütün yollardan istifadə edirlər. Realiti şouların təməli rəqabətə dayanır. Tamaşaçı isə rəqabəti sevdiyi kimi, rəqabəti izləməyi də sevir. Bu tip şoularda yarışçıların taleyi adətən smslə həll olunur. Sən "qışqırırsan", "təhqir edirsən", "təhqir olunursan", "ağlayırsan", "ağladırsan", öz ağrılı-acılı taleyindən, həyatda zirvəyə çatmaq üçün keçdiyin çətin yollardan danışırsan və bunun müqabilində tamaşaçı yuxusunda belə görə bilməyəcəyi mükafatı sənin qazanmağın üçün öz pulundan keçir. Əksər hallarda yüksək təzyiqli rəqabətin sonunda tamaşaçının xarakter etibarilə ən bəyəndiyi iştirakçı şounun qalibi olur.

Belə bir məşhur ingilis məsəli var: "Futbol 90 dəqiqə davam edən və sonda almanların qazandığı bir oyundur". Bunu Realiti şoulara da aid etsək, "Realiti şoular hər kəsin yarışa bildiyi, lakin sonda xarakterin qazandığı bir oyundur" müəyyən qədər düzəliş etsək, "Realiti şoular hər kəsin yarışdığı, sonda isə prodüsserin qazandığı oyundur" daha dəqiq olaraq  "Realiti şoular hər kəsin iştirak edə biləcəyi lakin sonda tamaşaçının məğlub olduğu oyundur".

Manipuliyasiya olaraq izlədiyi müddət ərzində şoudan nə qədər zövq alsa da, əsəblərini, fərqinə varmadan vaxtını və fərqinə vararaq pulunu, smslərini itirən tamaşaçı məğlub olur. 

Doğrudur, hər kəs realiti şouların tamamilə reallığa əsaslanmadığının fərqindədir. Lakin bu proqrama marağın azalmasına və itməsinə mane deyil. "Mən həqiqətlərin fərqindəyəm, lakin əyləncəli, maraqlı olduğu üçün izləyirəm" deyən tamaşaçı kütləsi heç də az deyil. Realiti şounun tərkibində əyləncə olduğu müddətcə yüksək reytinq də danılmazdır. 

Dünyanən ən populyar realiti şoularından biridə "Survivor" yarışmasıdır. Bir çox ölkələrdə yayımlanan və böyük maliyyə tələb edən, çəkilişləri adalarda aparılan bu şounu hələ ölkəmizə gətirə bilən olmayıb. Lakin ölkəmizdə "survivor"a, özəlliklə də "Survivor Türkiyə"yə maraq böyükdür. 

Həftənin 6 günü yayımlanan və Türkiyədə reytinq rekordları qıran bu şou illərdir qazandığı geniş tamaşaçı kütləsinə malikdir. Şouya maraq o qədər böyükdür ki, hətta şou bitdikdən sonra həmin bölüm haqqında kəskin müzakirələrin edildiyi, şounun adı ilə bağlı olan başqa veriliş başlayır və heç də az reytinqli olmur. "Könüllülər" və "məşhurlar"a ayrılaraq oynanılan bu yarışma bitdikdən sonra "məşhurlar" ünlərinə ün qatarkən, "könüllülər"də artıq məşhurlar cərgəsinə qoşulur. Hətta Türkiyədə bir çox tanınmış simaların ekranlara vizit kartı da məhs "Survivor"la bağlıdır.

Ölkəmizdə "Survivor" realiti şousu olmasa da, ölkə daxilində televiziya reytinqlərində "survivor"dan heç də geri qalmayan "Maşın Realiti Şou" var. 2005-ci ildən bu yana "Maşın əldən getdi" şüarı ilə 16-ı sürəti yayımlanan şou survivor dili ilə desək könüllülərin deyil, sadəcə məşhurların "mübarizə meydanı"dır. O mübarizə meydanı ki, bəzi sənətçi bildiyimiz iştirakçılar efirdə rahatlıqla qeyri-mədəni, vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadə edirlər. Yox bütün bunların "qurma" olduğunu düşünmürəm, ya da qəbul etmək olmur ki, necə ola bilər ki, xalqın sənətçisi şoumenin maraqlarını öz maraqlarından üstün tutaraq simasını itirməyə razı olsun... 

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31