AMEA prezidentliyinə yenidən Akif Əlizadənin namizədliyi irəli sürülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiya prezidenti seçkisi başlayıb.

Bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

Toplantıda prezident vəzifəsinə namizəd kimi A.Əlizadənin adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31