Məcburi köçkün gənclər üçün təlimlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Tərəqqi İB tərəfindən “Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Qəbələdə və Şəkidə məcburi köçkün gənclərə təlimlər təşkil edilib.
8 İyun 2018 14:12 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Tərəqqi İB tərəfindən "Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində Qəbələdə və Şəkidə məcburi köçkün gənclərə təlimlər təşkil edilib.
"OLAYLAR" xəbər verir ki, təlimlərdə çıxış edən ST İB-nin sədr müavini Anar Məhərrəmov layihə haqqında, təşkil edilən təlimin məqsədləri barədə məlumat verərək qeyd edib ki, layihənin məqsədi məcburi köçkün gənclərin peşə təhsili imkanlarının yaradılması, bacarıqların artırılması və onların məşğulluğunun təmin olunmasına yardım göstərməkdir.
Təlimçi Malik Rəşidov məcburi köçkün gənclərin məşğulluğunun təmin olunmasının əhəmiyyəti, peşə seçimi nədir və nə üçün önəmlidir, özünü kəşf etmə, düzgün peşə seçimi üçün peşələri tanımağın əhəmiyyəti, peşə seçimi, işin insan həyatında önəmi, layihə tərtib etmə və layihənin dəyərini əks etdirən büdcənin hazırlanması, ictimai birliklərin yaradılması, icma səfərbərliyinin formalaşdırılması, layihə təklifi yazılışı və s. istiqamətində geniş məlumat verib.