“Sosial Həyat” jurnalının növbəti sayı çapdan çıxıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsis etdiyi “Sosial Həyat” jurnalının növbəti sayı çapdan çıxıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsis etdiyi "Sosial Həyat" jurnalının növbəti sayı çapdan çıxıb.

Nazirlikdən "Olaylar"a verilən məlumata görə, jurnalın bu sayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan yazılar, Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin Bakıya səfəri haqqında məlumatlar, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Azərbaycanda ailə-nikah münasibətlərinin formalaşması və inkişaf meyllərinə aid və digər maraqlı mövzulara həsr olunan məqalələr oxucuların diqqətinə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31