Azərbaycanda informasiya sistemlərinin sındırılması halları artıb
8 İyun 2018 13:34 SosialSon 3 il ərzində Azərbaycanda informasiya sistemlərinin sındırılması halları əhəmiyyətli dərəcədə artıb.
Bunu Bakıda keçirilən "BIS Summit 2018" konfransı zamanı "Financial Chain Corporation" şirkətinin informasiya təhlükəsizliyi üzrə direktoru Aleksandr Tvaradze deyib.
O bildirib ki, bir çox strukturlar bu cür məlumatları paylaşmaqda maraqlı deyillər:
"Bizim məlumatlarımıza əsasən, 500-1000 manat həcmində kiçik oğurluqdan tutmuş, 30-50 min avroluq iri oğurluğadək çoxlu sayda faktlar qeydə alınıb. Oğurluqlar fişinq, daxili sistemin sındırılması, eləcə də insayderlər tərəfindən sui-istifadə vasitəsilə həyata keçirilir".
Ekspert hesab edir ki, hazırda bazarda təhlükəsizlik sistemlərinin tətbiq olunmasının vaxtı çatıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31