Nazirlikdən çağırış: "Kağız paketlərə üstünlük verin"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi insanları kağız paketlərə üstünlük verməyə çağırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir.
8 İyun 2018 13:29 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi insanları kağız paketlərə üstünlük verməyə çağırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, bu gün bir sıra ölkələr polietilen torbalar və plastik qablardan imtina edir.
O qeyd edib ki, yay fəsli ilə əlaqədar insanlar istirahət mərkəzlərinə gedən zaman polietilen torbaları və paketləri təbiətə atırlar:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi də insanları kağız paketlərdən istifadəyə səsləyir".
Trend