Sürücülük vəsiqəsinin qiyməti artırılır

Azərbaycanda sürcülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artacaq. Məlumata görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu 39 faiz artırılır. Bununla da avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 25 manata çatdırılacaq.

Hazırki qanunvericiliyə görə, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi 18 manatdır. Qanun layihəsinə dəyişiklik Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31