AXC-nin 100 illiyi münasibətilə Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət Həftəsi” keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin dəstəyi ilə ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin dəstəyi ilə  ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə  "Azərbaycan mədəniyyəti həftəsi"  keçiriləcəkdir.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun - Milli Qurtuluş gününə həsr olunacaq.

Cari ilin 9-11 iyun tarixlərində keçiriləcək "Azərbaycan mədəniyyəti həftəsi" tədbirləri çərçivəsində Səmərqənd Dövlət Universitetində "Əbədi ezamiyyət" filminin təqdimatı olacaq.

Növbəti gün isə Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında - açıq havada "Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!" adlı tədbir və möhtəşəm konsert proqramı keçiriləcəkdir.

Tədbirdə Özbəkistanın tanınmış musiqiçilərinin, habelə azərbaycanlı saz ustalarının, milli geyimli rəqs kollektivlərinin çıxışları təqdim olunacaqdır.  Tədbirdə özbək pəhləvanları 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş olunacaqdır.  Açıq havada keçiriləcək  Moda sərgisində  ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin geyimləri, zadəgan, habelə Qarabağ xanımlarının mərasim geyimləri iştirakçılara təqdim olunacaqdır.

Tədbir çərçivəsində "Şərqin ilk parlayan ulduzu - Azərbaycan Xalq Cümhuriyyəti" adlı fotosərgi, kitab sərgisi, habelə milli mədəniyyətimizi, adət və ənənələrimizi özündə əks etdirən stend qurulacaqdır. Sərgidə Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız  nümayiş olunacaqdır.

Tədbirdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.

"Azərbaycan mədəniyyəti həftəsi" zamanı ölkəmizə dair zəngin kitab kolleksiyası -  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda özbək dilində çap olunmuş 50 adda kitab Səmərqənd Vilayət Mərkəzi kitabxanalarına hədiyyə ediləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31