"Hacı Şahin kimdir ki? İran agenturasına xidmət EDİR"
8 İyun 2018 12:18 Sosial"Onu ancaq zibillər zibil qutusuna yapışdıra bilər, çünki düşüncələrində zibil qutusundan başqa bir şey yoxdur".
Bu sözləri deputat Fazil Mustafa Sonxeber.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənlinin tərəfdarlarının onun şəkilləri zibil qablarının üzərinə vurmasına münasibət bildirərkən deyib.
"Hacı Şahin kimdir ki? İran agenturasına xidmət göstərənlərdəndir. Onların bu fəaliyyətinə qarşı biz mübarizəmizi davam etdirəcəyik. Onlar Azərbaycan dövlətini bütövlükdə təhdid edir. Onların fəaliyyəti Azərbaycan dövlətinin əleyihə çevrilmiş bir fəaliyyətdir. Onu ancaq zibillər zibil qutusuna yapışdıra bilər, çünki düşüncələrində zibil qutusundan başqa bir şey yoxdur. Kitabxanaya yapışdırmayacaqlar ki? Bu dava Azərbaycanın milli davasıdır bu, biz İran agenturasına, başqa ölkələrin marağını təmsil edən qüvvələrə qarşı davam etdiririk.
Qeyd edək ki, deputat Fazil Mustafanın sosial şəbəkə profilində ilahiyyatçı Hacı Şahin Həsənlinin də yer aldığı videonu paylaşaraq sərt sözlər yazması xeyli inanclını qəzəbləndirib İnanclılar sosial şəbəkə profillərində Fazil Mustafaya etirazlarını bildiriblər. Bundan əlavə, Rusiyada yaşayan müsəlmanlar deputatın şəkilləri zibil qablarının üzərinə vurub.
Mehri