PXTİB və “Loqos” Dərbənddə ödənişsiz konsultasiya keçirib
Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Dağıstan Qadınlar İctimai Birliyinin sədri İntizar Mamutayevanın dəvəti ilə Dərbənd şəhərinə səfər ediblər.
8 İyun 2018 11:56 SosialPsixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi Dağıstan Qadınlar İctimai Birliyinin sədri İntizar Mamutayevanın dəvəti ilə Dərbənd şəhərinə səfər ediblər.
"OLAYLAR" xəbər verir ki. səfər çərçivəsində iki hissəli tədbir keçirilib və Dərbənd şəhərində yaşayan soydaşlarımıza ödənişsiz konsultasiyalar aparılıb.
Tədbirdə Dağıstan rayon icra başçısı Ənvər Hacımuradov, deputat Majmutdin Səmədov, Dağıstan Qadınlar İctimai Birliyinin sədri İntizar Mamutayeva, "Qafqaz" Beynəlxalq fondunun prezidenti Xasaybat Vəliyeva, Rəsul Həmzətov adına fondun vitse-prezidenti Həbibət Əzizova , "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqtlar İctimai Birliyinin sədri Təranə Məmmədova, "Loqos" un baş psixoloqu Elmira Mirzəyeva və "Loqos" un nümayəndə heyəti iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimindən sonra Dərbəndə yollanan "Loqos"un peşəkar mütəxəssisləri bir neçə istiqamətdə : psixoloji, loqoped-defektoloji, psixo-pedaqoji və psixoterapevtik konsultasiyalar həyata keçirblər.7 saat davam edən konsultasiyada uşaq , yeniyetmə və böyüklər iştirak ediblər.
Görüşün sonunda Dərbənd rayon Bələdiyyəsi tərəfindən "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədovaya Fəxri Fərman təqdim edilib.