ETSN plastik qablar və polietilen torbaların təkrar istehsalı ilə bağlı təkliflər hazırlayacaq

"Azərbaycanda plastik qablar və polietilen torbaların istehsalı var. Ancaq təəssüflər ki, bu məhsullar ölkəmizdə istehsal olunsa da, istifadə edildikdən sonra geri alınmır".

"Azərbaycanda plastik qablar və polietilen torbaların istehsalı var. Ancaq təəssüflər ki, bu məhsullar ölkəmizdə istehsal olunsa da, istifadə edildikdən sonra geri alınmır". 

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib. 

O bildirib ki, plastik tullantıların geri alınması, yenidən istehsalı mexanizmi Azərbaycanda qurulmayıb: "Plastik qab və torbaların təkrar istehsal olunmadığı üçün onların sayı durmadan artır. Bu problemlə bağlı yaxın gələcəkdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkliflər hazırlayacaq".

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31