İftar süfrənizi bu təamlarla bəzəyin
Azərbaycanda Ramazan bir neçə gündür ki, davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma mütləqdir: Sizə iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:
7 İyun 2018 18:01 SosialAzərbaycanda Ramazan bir neçə gündür ki, davam edir. Ən az 16 saat oruclu olduğunuz üçün düzgün qidalanma mütləqdir:
Sizə iftar üçün hazırlaya biləcəyiniz bir neçə təamı təqdim edir:
Makaron şorbası
Tərkibi:
Sümüklü ət
1 ədəd soğan
1 ədəd yerkökü
Makaron
2-3 şüyüd
Duz
1 xörək qaşığı duru yağ
Hazırlanması:
Əvvəlcə sümüklü əti qazana qoyub qaynadirıq. Et pişməyə yaxın yerkökün soğanı torkadan keşirdib bir xörəy qaşıkı duru yağ vurub balaca odda 5 deqə kimi qatışdırırıq. Əti sudan çıxardıb yerkökü soğanı bulyona tokürük bir kartoşkanı balaca kubik formada toğrayib toküruk suya qazanın qapaqın qoyub 20 deqe kimi bişiririk. Əti sumuydən ayırib xirda doğrayirik. Kartov bişəndən sonra makaron doğradikimiz əti supun içinə tökürük 20 dəqə kimi pişirikik sup hazir oldukdan sonra şüyütü xirda doğrayib supun içinə tokürük.Və artik supumuz hazırdı.
Qaymaqlı peçenya
Peçenya xəmiri üçün lazım olanlar:
1 yumurta
1,5 stəkan un (240 qr)
Yarım stəkan kakao (60 qr)
1 çay qaşığı soda (5 qr)
1 stəkan pudra şəkəri (160 qr)
Yarım stəkan şəkər tozu (100 qr)
1 stəkan kərə yağı (180 qr) otaq temperaturunda
İstəyə görə vanil, darçın qatmaq olar
Bütün ərzaqları qarışdıraraq xəmir halına gətirməlisiniz. Asan olması üçün əvvəlcə şəkər tozu, kərə yağı, yumurtanı bir-birinə qarışdıraraq yumşaldın ki, quru ərzaqları qatdığınızda asan toplanıb xəmir halına gəlsin. Xəmiri oxlovla peçenye qalınlığında yayaraq, şəkilli qəliblərlə kəsin və soba qabına düzün. Biskvitlərin bişmə müddəti 180 dərəcədə 10 dəqiqədir.
Arasındakı qaymaq üçün:
Yarım stəkan şəkər tozu
Yarım stəkan kərə yağı
Yarım stəkan ağ şokolad
Hazırlanması:
Şəkər tozu və kərə yağını mikserlə qarışdıraraq krem halına gətirin. Ağ şokoladı benmari üsulu əritmək üçün bir qaba qoyun və altına da içi qaynar su dolu başqa bir qab qoyaraq əridin. Yaxşıca əridiyində kərə yağı və şəkər qarışımı ilə qarışdıraraq qaymağı tamamlayın. Sıxma torbasına doldurduğunuz qaymağı peçenyenin üzərinə sıxın, sonra üstünə başqa peçenye qoyub yapışdırın.
Qiyməli kartof
Tərkibi:
6 ədəd kartof
qızartmaq üçün duru yağ
200 qram az yağlı qiymə
2 yemək qaşığı zeytun yağı
1 ədəd quru soğan
2 diş sarımsaq
1 çay qaşığı pomidor sousu
1 çay qaşığı qırmızı istiot
Duz
Hazırlanması:
Kartofların içini oyun və qızardın. Qiyməni, soğanı, sarımsağı və zeytun yağını bir tavanın içində qovurun. Hazırladığımız tərkibi kartofların içinə doldurun. Daha sonra kartofların üstünə sosusu və suyu qarışdıraraq tökün. Doldurduğunuz kartofları qazana düzün və aşağı dərəcədə bişirin.
Axsam.az