Polşa poçtunun nümayəndələri “Azərpoçt” MMC-də olublar

Polşa Poçtunun vitse-prezidenti və İdarə Heyətinin üzvü Vieslav Vlodekin rəhbərliketdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də olublar.

Polşa Poçtunun vitse-prezidenti və İdarə Heyətinin üzvü Vieslav Vlodekin rəhbərliketdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-də olublar.

"OLAYLAR" xəbər verir ki, "Azərpoçt" MMC-nin baş direktoru Emin Əfəndiyev qonaqlara Azərbaycanda poçt sahəsindəhəyata keçirilən işlər və reallaşdırılan beynəlxalq əhəmiyyətli layihələr barədə ətraflı məlumat verib.

E.Əfəndiyev xüsusilə vahid məkanda poçt və telekommunikasiya xidmətləri təqdim edən"Şəbəkə" layihəsi, itirilən sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edən "Poçtap" xidməti və Azərbaycanı regional tranzit poçtdaçıma mərkəzinə çevirən "HUB" layihəsi ilə bağlı nümayəndə heyətini məlumatlandırıb.

Görüşdə qarşılıqlı olaraq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması kimi məsələlər müzakirə olunub. Polşa Poçtunun nümayəndələri Azərbaycan poçtu ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31