“İnsan hüquqları aylığı” keçirilir
Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
7 İyun 2018 12:23 SosialPaytaxt məktəblərində ölkəmizdə elan olunan "İnsan hüquqları aylığı" ilə əlaqədar silsilə tədbirlər keçirilir.
"OLAYLAR" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə insan hüquqlarına dair mühazirə, konfrans, seminar, "Dəyirmi masa", disput və inşa yazı müsabiqələri təşkil edilir.
"İnsan hüquqları aylığı" çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.
Aylıq çərçivəsində "Hüquqlarımızı bilək", "İnsan hüquqları", "İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri", "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda şagirdlərlə söhbətlər aparılır.