Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.
Qeyd edək ki, vətəndaşın icazəsi olmadan onun çəkilişini aparmaq və görüntülərini yaymaq cinayət hesab edilir. Bu halda müğənni Kərimin də məsuliyyətə cəlb ediləcəyi gözlənilir.