“Maşın” şounun ən baş ağrıdan iştirakçısı yarışı tərk etdi – VİDEO
7 İyun 2018 07:10 Sosial"Maşın" şouda növbəti mübarizə baş verib.
Minval.info xəbər verir ki, səsverməyə çıxan teleaparıcı Mətanət Əliverdiyeva hədəf olaraq Aytən Səfərovanı seçib.
Amma şou davam edən zaman Mətanətin qərarsız olması digər iştirakçıları narahat edib. Bu zaman əsəbləşən Mətanət Əliverdiyeva deyib ki, onun hədəfi artıq Aytən deyil. O, ümumiyyətlə xanımlara toxunmayacağını bildirib.
Bu da onun şounu tərk etməsinə səbəb olub. Belə ki, o, özündən çox əmin olub, 4 kişi rəqibini özünə rəqib seçdi. Sonda 24.66 faiz səs toplayan şounun ən çox baş ağrısı yaradan iştirakçısı üçün maşın əldən getdi.
Beləliklə Mətanət Əliverdiyeva üçün "Maşın" şou bir külək idi, əsdi keçdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31