Texniki Universitetin “Elektron Təhsil” portalının fəaliyyəti dayanıb

Məlum olduğu kimi, bir neçə günlüyə, Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektron Təhsil” portalı – aztu.edu.az-ın fəaliyyəti dayanıb. Bununla bağlı Azərbaycan Texniki Universitetində komisiya yaradılıb və portalın, həmçinin portalın məlumat bazasının yerləşdiyi serverlərin texniki təhlükəsizliyini həyata keçirən SİNAM şirkəti ilə operativ işlər həyata keçirilir.

Məlum olduğu kimi, bir neçə günlüyə, Azərbaycan Texniki Universitetinin (AzTU) "Elektron Təhsil" portalı - aztu.edu.az-ın fəaliyyəti dayanıb. Bununla bağlı Azərbaycan Texniki Universitetində komisiya yaradılıb və portalın, həmçinin portalın məlumat bazasının yerləşdiyi serverlərin texniki təhlükəsizliyini həyata keçirən SİNAM şirkəti ilə operativ işlər həyata keçirilir. 

Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, SİNAM şirkətinin rəsmi açıqlamasına görə, portalın bir neçə gün işləməmməsinin səbəbi server otağının elektrik enerjisi ilə təminatında yaranan problemlə əlaqədar disk massivinin hər iki kontrollerinin (IBM şirkətinin məhsulu) eyni zamanda sıradan çıxması olub. 
Hazırda aztu.edu.az portalının fəaliyyəti qismən bərpa olunub. 
Qeyd edək ki, serverlərdə sıradan çıxan kontrollerlər Azərbaycanda yoxdur. Həmin kontrollerlərin xarici ölkələrdən gətirilməsi istiqamətində SİNAM şirkəti tərəfindən işlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31