Amerikalı tələbələr Azərbaycan dilini öyrənir
Azərbaycan Dillər Universitetində ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş 5 amerikalı tələbə üçün yay məktəbi fəaliyyətinə başlayıb.
6 İyun 2018 14:49 SosialAzərbaycan Dillər Universitetində ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü Proqramı üzrə Azərbaycan dilini öyrənmək məqsədi ilə ölkəmizə gəlmiş 5 amerikalı tələbə üçün yay məktəbi fəaliyyətinə başlayıb.
Olaylar.az bildirir ki, yay məktəbinin tələbələri ilə görüşən ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova onları Dillər Universitetində görməkdən məmnun olduğunu bildirib. J.Qəribova universitet haqqında ətraflı məlumat verib.
Amerika Şurasının ölkə direktoru Jodi Blankenşip və amerikalı tələbələrlə iş üzrə rezident direktoru David Gibson uzun illərdir davam edən layihə haqqında danışıb və öncəki layihələyin yüksək səviyyədə təşkil olunduğunu, tələbələrin lazımi biliklərə yiyələndiklərini söyləyiblər.Sonra amerikalı tələbələr Azərbaycan haqqında ilkin fikirlərini bölüşüblər.
"Yay məktəbi" proqramı üzrə koordinator Ramiqə Şirəliyeva tələbələri dərs və gəzinti proqramları ilə tanış edib.
Sonda amerikalı tələbələr üçün təlimatlandırıcı video-çarx nümayiş olunub.