Beynəlxalq Rus dili gününə həsr olunmuş dəyirmi masa

Azərbaycan Dillər Universitetində Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə 6 iyun Beynəlxalq Rusdili gününə həsrolunmuş dəyirmi masa keçirilib.

Azərbaycan Dillər Universitetində Rusiyaşünaslıq Elmi Tədqiqat Laboratoriyasının  təşkilatçılığı ilə 6 iyun Beynəlxalq Rusdili gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Olaylar.az bildirir ki, Rusiyaşünaslıq ETL-nin müdiri Məmməd Əliyev Beynəlxalq Rus dili gününün rus şairi, dramaturq və nasiri A.Puşkinin anadan olması münasibətilə yarandığını qeyd edib. M.Əliyev rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti haqqında danışıb. O, bildirib ki, laboratoriyada rus dili, Rusiya mədəniyyəti, tarixi, etnoqrafiyası, incəsənəti, psixologiyası və digər amillərin təbliğinə böyük önəm verilir.

Daha sonra çıxış edən ADU-nun Elmi məsələlər üzrə müşaviri professor Seyfəl Hüseynov rus şairi A.Puşkinin yaradıcılığı haqqında geniş məlumat verib. O, Rusiyaşünaslıq ETL-nin rus dili və mədəniyyətinin təbliğində təqdirəlayiq fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycanda "Rossotrudnicestvo"nun nümayəndəsi Aleksandr Kalamin, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim İbrahimov, həmçinin ADU-nun Təhsil fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimi dosent Zülfinaz Babaşova Beynəlxalq Rus dili gününün tarixi, rus dilinin beynəlxalq səviyyədə əhəmiyyəti, dilin təkamül mərhələsi və hazırki vəziyyəti haqqında danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31