Ət kəsimi məntəqələrinin gigiyenik normalara uyğun formada fəaliyyəti zərurəti meydana çıxır
Hazırkı şəraitdə sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var
6 İyun 2018 14:37 SosialHazırkı şəraitdə sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var
Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması günümüzdə dövlətin qarşısında duran mühüm vəzifələr sırasındadır Etiraf etmək lazımdır ki. son illərdə bu istiqamətdə kifayət qədər işlər görülüb. Vətəndaşların təhlükəsiz qidalanması üçün müvafiq işlər görülüb, tədbirlər həyata keçirilib. Onu da etiraf etmək lazımdır ki, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında sahibkarların da üzərinə böyük iş düşür.
Bu gün yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə hazırlanmış Strateji Yol Xəritəsi, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng regional layihələrin həyata keçirilməsində artan rolu və qlobal miqyaslı təşəbbüsləri dayanıqlı inkişafı təmin etməklə qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına şərait yaratmaqdadır. Həyata keçirilən islahatların tərkib hissəsi kimi "Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi" hazırlanıb və bu məqsədlə, ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd, ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sahəsində dövlət idarəçiliyinin təkminləşdirilməsi və bu sahədə çalışan müxtəlif qurumların fəaliyyətindəki paralelliyin aradan qaldırılması, effektiv tənzimləmə sisteminin qurulmasıdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Ona görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var.
Qida Təhlükəsizliyi Agentliyi hesab edir ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin əsl vaxtıdır. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcək.
Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğunşəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. Ona görə də agentlik yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər birinizi müasir, günün tələblərinə cavab verən sahibkarlıq fəaliyyətinə dəvət edir, bu istiqamətdə tövsiyə xarakterli yardımların göstərilməsinə hazır olduğumuzu bildirir.
Unutmaq olmaz ki, insanların sağlam qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi şəraitində yaşaması sosial rifahı təşkil edən əsas amillərdən biridir.
Füzuli