Anar Bağırov: "Vəkillər müəyyən kurslar keçməlidir"

"Vəkillər etik davranış, qanunvericilik və digər prinsiplərə yiyələnmək üçün müəyyən kurslar keçməli və vəkil olmaq üçün imtahan verməlidir".

"Vəkillər etik davranış, qanunvericilik və digər prinsiplərə yiyələnmək üçün müəyyən kurslar keçməli və vəkil olmaq üçün imtahan verməlidir".

Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

O bildirib ki, dünya praktikasında da bu təcrübə tətbiq edilir: "Vəkillər kollegiyasının üzvləri müəyyən spesifik biliklərə sahib olmalıdırlar. Deməzdim ki, bu məsələ birbaşa təhsil səviyyəsinin keyfiyyəti ilə əlaqəlidir. Kollegiyaya üzv olan vəkillər qanunvericiliyi, hüquqi aktları mükəmməl bilməlidirlər. Eyni zamanda, bir sıra praktiki biliklərə də yiyələnməlidirlər. Bütün bu biliklərin səviyyəsini yoxlamaqdan ötrü vəkillərin ixtisas imtahanları nəzərdə tutulub. Azərbaycan müstəsna deyil, bu, bütün ölkələrdə belədir. Biz gələcəkdə bir sıra kursların, seminarların da təşkil edilməsini planlaşdırırıq".

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31