Azərbaycanda yay aylarında alternativ su mənbələrindən istifadə edilə bilər
Bu il Azərbaycanda əsasən yay aylarında alternativ su mənbələrindən istifadə edilməsi planlaşdırılır.
5 İyun 2018 19:00 SosialBu il Azərbaycanda əsasən yay aylarında alternativ su mənbələrindən istifadə edilməsi planlaşdırılır.
Bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov deyib.
Q.Hüseynovun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə alternativ su mənbələrinin yaradılması üzrə işlər tamamlanmaq üzrədir:
"Hazırda Şamaxıda bu işlər davam etdirilir. Yay mövsümünə qədər Gədəbəy və Lerikdə işləri tamamlaya biləcəyik. Bu ilin sonuna layihənin başa çatdırılması gözlənilir. Tovuzda isə layihə başa çatmasa da, böhran dövründə köhnə xətti istifadəyə verməklə su qıtlığının qarışısını alacağıq".
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31