“Instagram”a daxil olmaqda problem yaranıb

Bu gün səhərdən bir çox ölkələrdə “Instagram” sosial şəbəkəsinə daxil olmaqda problem yaranıb.

Bu gün səhərdən bir çox ölkələrdə "Instagram" sosial şəbəkəsinə daxil olmaqda problem yaranıb.

İKT.lent.az-ın xəbərinə görə, ABŞ, Avropa, Rusiya və Yaponiyadan olan istifadəçilər bununla bağlı statuslar paylaşıblar.

İstifadəçilər iki cür çətinliklə qarşılaşdıqlarını bildiriblər. Onlar ya səhifələrinə daxil ola, ya da xəbər lentini yeniləyə bilməyiblər.

Azərbaycanda isə istifadəçilər "Instagram"a kompüterdən daxil ola bilsələr də, smartfonlardan edilən cəhdlər uğursuz alınıb.

Hələlik sosial şəbəkə rəhbərliyi bununla bağlı hər hansı açıqlama verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31