Rasim Əliquliyev AMEA-nın yeni prezidenti olur

İyunun 8-də keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçkilərinə 2 akademikin namizədliyi irəli sürüləcək.

İyunun 8-də keçiriləcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçkilərinə 2 akademikin namizədliyi irəli sürüləcək.

Bu barədə  AMEA-dan məlumat daxil olub. 

Məlumata görə,  AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Akademiyanın prezidentliyinə namizəd olacaqlar. 

AMEA-nın alim heyəti isə onların arasında daha çox Rasim Əliquliyevin namizədliyini dəstəkləyir. Onlar indiki prezident Akif Əlizadənin yaşının çox olduğunu əsas gətirərək, onun namizədliyini irəli sürməyəcəyini düşünürlər. 

Xatırladaq ki, iyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri yenidən seçiləcək.

Olke.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31