Vəsilə Vahidqızı vəzifəsindən ayrıldı

Tanınmış teleaparıcı Vəsilə Vahidqızı İctimai Televiziyada (İTV) tutduğu vəzifədən - şöbə müdiri postundan ayrılıb.

Tanınmış teleaparıcı Vəsilə Vahidqızı İctimai Televiziyada (İTV) tutduğu vəzifədən - şöbə müdiri postundan ayrılıb.

Xəbəri  V.Vahidqızı özü də təsdiqləyib. O, İTV-də ştatdan çıxdığını bildirib:

"Diasporla iş üzrə Dövlət Komitəsində işə başladığım üçün İTV-də ştatdan çıxmışam".

Bu yaxınlarda Diasporla iş üzrə Dövlət Komitəsinə mətbuat katibi təyin edilən V.Vahidqızı İTV-də layihə müəllifi olaraq veriliş aparacağını deyib.

Qeyd edək ki, Vəsilə Vahidqızı 1992-2002-ci illərdə AzTV, 2002-2003-cü illərdə "İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə "Space" TV-də çalışıb.

İctimai Televiziya fəaliyyətə başladığı 2005-ci ildən bu telekanalda çalışıb.

İctimai Televiziyada Anons şöbəsinin rəisi, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub.

Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31