Müasir dünyada bütün mənəvi dəyərləri yerlə bir edən əxlaqi çöküş artır

Başda uşaqlar və gənclər olmaqla cəmiyyətin bütün təbəqələri bundan mənfi təsirlənir

Başda uşaqlar və gənclər olmaqla cəmiyyətin bütün təbəqələri bundan mənfi təsirlənir

Müasir dünyamızda regional və beynəlxalq miqyasda konfliktlərin, münaqişələrin artması, dünyanın fərqli ölkələrində müharibə və daxili qarşıdurmaların baş qaldırması nəticə etibarilə insan zorakılığının geniş yayılmasına gətirib çıxarır. Dünya güclərinin ayrı-ayrı ölkələri öz nəzarəti altına almaq istəyindən tutmuş, ayrı-ayrı hakimiyyətləri devirmək məqsədilə qurulan oyunlar zorakılıq hallarının durmadan artmasına, insanların bu mənfi tendensiyadan ciddi zərər çəkməsinə gətirib çıxarır. Bu gün Suriya, İraq, Yəmən və digər bu kimi ölkələrdə zorakılıq, aclıq-səfalətlə üzləşən minlərlə insan okeanlar, dənizlər fəth edərək Avropaya pənah aparsalar da, lakin qoca qitədə də onlar qeyri-insani davranışlar, zorakılıq halları ilə üzləşirlər.  Hər nə qədər bu kimi mənfi tendensiyaya qarşı dünya dövlətlərinin səmərəli fəaliyyət göstərməsi məqbul sayılıb, təşəbbüslər göstərilsə də, lakin hələ də bu cür mənfi hallar qalmaqdadır və mənfi cəhət ondan ibarətdir ki, bu kimi vəziyyətlər azalmaq əvəzinə, daha da artır.

Elə "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin sədri Ramiq Vəliyev də cəmiyyətdə zorakılıq hallarının artmasından məyusluq ifadə edir və belə bir mənfi tendensiyanın aradan qaldırılmasının vacibliyini vurğulayır. İctimai Birlik sədri deyib ki, zorakılıq, nifrət, münaqişə və mübahisələrin əhatə etdiyi müasir dünyada bütün mənəvi dəyərləri yerlə bir edən əxlaqi çöküş də günü-gündən artır. Ramiq Vəliyevin sözlərinə görə, böyük degenerasiya ilə birlikdə gözəl əxlaqın və mənəviyyatın tərk edildiyi yanlış cəmiyyət quruluşu getdikcə dünyanın hər tərəfinə hakim olur: "Bununla yanaşı narkotik maddə, siqaret və spirtli içkilərin istifadəsi, fahişəlik, homoseksuallıq kimi qeyri-etik bir çox davranış da milyonlarla insanı təsiri altına alıb. Əxlaqa uyğun olmayan əməllər müasirlik adı altında bəzi televiziya verilişlərində, filmlərdə, sosial mediada açıq şəkildə nümayiş olunur. Azadlıq, demokratiya və insan hüquqları kimi geniş miqyaslı degenerasiya təbliğatı aparılır. Cinsi azğınlıqlar və qeyri-qanuni münasibətlər tənqid edilməməklə yanaşı, guya cəsarət nümunəsi kimi cəmiyyətlərə təqdim edilir, azğın əməllər bəyənilərək insanların gözündə cəlbedici göstərilməyə çalışılır. Bunun nəticəsində də başda uşaqlar və gənclər olmaqla cəmiyyətin bütün təbəqələri bundan mənfi təsirlənir. Qadınlar da onlardan biridir".

Ramiq Vəliyev qeyd edib ki, bir çox sosioloq və mədəniyyət xadimi əxlaqi degenerasiyanın meydana gətirdiyi bəsit həyat tərzinin xüsusilə qadınlar üzərində məhvedici təsiri olduğunda həmfikirdir: "Bu mədəniyyətin bütün dünyada, "həm görüntü, həm də davranış baxımından eynilə bir-birinə bənzəyən, sanki mənliklərini, şəxsiyyətlərini itirmiş, keyfiyyətsiz qadın modeli" ortaya çıxardığını müdafiə edənlərin sayı da az deyil. Dünyaya açılan bir növ pəncərə olan televiziyadakı bəzi proqramların baş verən bu əxlaq eroziyasında böyük təsiri var. Bəzi evlilik proqramları və müxtəlif yarışmalar mənfəətpərəst, davakar, sözgəzdirən, intriqaçı, alicənablıqdan uzaq qadın portreti ortaya qoyur. Bu kimi proqramlar dəyər mühakimələrindən əyləncə vərdişlərinə, geyim tərzlərindən insan əlaqələrinə qədər bir çox mənfi təsirin səbəbinə çevrilir". "Gənclərin Mənəvi İnkişafı" İctimai Birliyinin sədri deyib ki,  sözügedən proqramlarda iştirak edənlərin alçaldıcı sözlər söyləmələri, maddi maraqları üstün tutub, tamahkarlıq nümayiş etdirmələri və özlərini alçaltmaları qadınların cəmiyyətdəki imicini zədələyir: "Məqsədsiz, ideyasız, ruha deyil, maddiyyata önəm verən, heç kəsi sevməyən, yalnız öz mənfəətlərini güdən qadın modelinin təqdim etdiyi bu proqramlara görə ictimai quruluşda ciddi pozulma yaranır. Halbuki qadınlar bu dünyanın ən böyük dəyərlərindən biridir. Gözəl əxlaqları, dərinlikləri, təmizlik və namus anlayışları, incə düşüncəli, fədakar, vəfalı olmaları ilə zərif çiçəyə bənzəyən çox qiymətli varlıqlardır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31