“Son zəng”in keçirilməsi ilə bağlı xüsusi yeniliklərin tətbiqi nəzərdə tutulmayıb

“Son zəng” tədbiri təhsil bayramıdır. Təhsil Nazirliyi bu bayramın məktəblərin ərazisində keçirilməsini tövsiyə edir. Ümid edirik ki, bu təhsil bayramı hər il olduğu kimi, yenə də yüksək səviyyədə təşkil olunacaq.

"Son zəng" tədbiri təhsil bayramıdır. Təhsil Nazirliyi bu bayramın məktəblərin ərazisində keçirilməsini tövsiyə edir. Ümid edirik ki, bu təhsil bayramı hər il olduğu kimi, yenə də yüksək səviyyədə təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda keçirilən konfransda iştirak edən təhsil naziri Ceyhun Bayramov kütləvi informasiya vasitələrinə müsahibəsində deyib.

Təhsil naziri "Son zəng"in keçirilməsi ilə bağlı ötən illə müqayisədə hər hansı xüsusi yeniliklərin tətbiqinin nəzərdə tutulmadığını da diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31