Fuad Poladovun son vəsiyyəti yerinə yetirildi
5 İyun 2018 13:35 SosialUzun çəkən xəstəlikdən sonra mayın 5-də vəfat edən Xalq artisti, görkəmli aktyor Fuad Poladovun vəsiyyəti yerinə yetirilib.Oxu.Az xəbər verir ki, aktyorun istəyi ilə qəbir daşına şəkil qoyulmayıb. Onun qəbir daşının fotosunu tanınmış aktyor Hikmət Rəhimov "Facebook" hesabında paylaşıb.Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı Gülüstan Poladova mətbuata açıqlamasında onun qəbir daşına şəkil qoydurmamağı vəsiyyət etdiyini bildirmişdi.Xatırladaq ki, 69 yaşında dünyasını dəyişən Poladov xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31