Azərbaycan nümayəndə heyəti Avropa Gənclər Festivalında
Azərbaycan nümayəndə heyəti Strasburqda keçirilən Avropa Gənclər Festivalında iştirak ediblər.
5 İyun 2018 11:54 SosialAzərbaycan nümayəndə heyəti Strasburqda keçirilən Avropa Gənclər Festivalında iştirak ediblər.
"OLAYLAR"-a GTMŞ-dan bildirilib ki, Avropa Parlamenti tərəfindən həyata keçirilən festivalda Avropanın müxtəlif ölkələrindən 8000-dən çox gənc bir araya toplaşıb. Tədbirdə müzakirələr, debatlar vasitəsi ilə gənclər öz düşüncələrini qərarvericilərə çatdırmaq imkanı qazanıblar. Festivalda Azərbaycan nümayəndə heyəti Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadənin rəhbərliyi ilə gənclər təşkilatlarının nümayəndələri, xaricdə təhsil alan gənclər və fəal gənclər iştirak ediblər.
Avropa Gənclər Tədbirinin məqsədi Avropanın gələcəyi ilə bağlı müzakirələr apararaq gənclərin ideyalarını almaqdır. Tədbirə sadəcə Avropadan deyil, Asiya və Afrikadan 50-dən çox ölkənin gənc nümayəndələri qoşulub. Tədbirdə görüşlər və seminarlar 5 başlıq altında kateqoriyalaşdırılmışdır: Rəqəmsal inqilab, Sosial ədalət, Daha yaxşı Avropa üçün əməkdaşlıq, Təhlükəsizlik və Yaşadığımız planet qorumaq.
Qeyd edək ki, tədbir zamanı Azərbaycan nümayəndə heyəti "Baku Expo 2025" logosu əks olunduğu köynəkləri geyinərək təbliğat aparıblar və digər ölkələrdən olan gənclərin "Baku Expo 2025" bağlı suallarını cavablandırıblar.