Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları sahibkarlığın inkişafına təkan verdi
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində 2004-2008-ci illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı oldu. Bu illərdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, regionların inkişafı, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və buy olla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən olub.
27 Mart 2018 16:19 SosialRegionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində 2004-2008-ci illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı oldu. Bu illərdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, regionların inkişafı, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və buy olla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən olub.
Regional proqramın icra edildiyi ilk mərhələdə, 2004-2008-ci illər ərzində ölkədə sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmiləşdirilib, dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb və onların tətbiqi nəticəsində sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilə halları xeyli azalıb. Bununla yanaşı, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər davam etdirilib.
Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ xarakterli aktlar, iş adamlarında özünəinam hissini artırıb, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verib. Həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq özəl sektorun Ümumi Daxili Məhsulda payı Dövlət Proqramının ilk mərhələsində 76 faizdən 84,5 faizə çatmışdı. O cümlədən aqrar sektorla yanaşı, sənaye, ticarət, turizm və iaşə xidməti, tikinti, nəqliyyat, rabitəö kimi istehsal və xidmət kimi sahələrdə də özəl sektorun payı 70 faizdən 99 faizə qalxmışdı.
Həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və hər il açıqlanan "Doing Business" hesabatının 2008-ci ilin sentyabr ayında çap olunan növbəti nəşrində Azərbaycan 181 ölkə arasında 33-cü pilləyə yüksəlmişdi. Bu artım tempinə görə ölkəmiz hesabatın əhatə etdiyi bütün dövlətləri geridə qoyub və "Doing Business" hesabatları hazırlanan ötən illər ərzində anoloji yüksək heç vaxt qeydə alınmayıb. Nəticə etibarilə Azərbaycan bir nömrəli islahatçı ölkə elan edilmişdi.
2004-2008-ci illərdə özəl sektorda yüksək dinamizmin baş verməsi respublikamızın ümumi iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynamışdı. Bu sektorda iqtisadi fəallığın artmasında və sahibkarlar ordusunun sıralarının genişlənməsində "Sahibkarlıq subyektlərinin fəaliyyətinin "bir pənəcər" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" və "Sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının" "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il, 25 oktyabr tarixli 2458 nömrəli və 2007-ci il, 18 dekabr tarixli 2549 nömrəli sərəncamlarının müstəsna əhəmiyyəti olub. Bu sərəncamların qüvvəyə minməsi nəticəsində sahibkarların qeydiyyatı proseduru sadələşdirilib və bu sahədə maneələrin aradan qaldırılmasına səbəb olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 2004-cü ildə 65109 nəfər olduğu halda, 2008-ci ildə "bir pəncərə" sistemi tətbiq edildikdən sonar onların sayı əhəmiyyətli dərəcədə artaraq 86117 vahid olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə "bir pəncərə" sistemi tətbiq olunduqdan sonra 275 min nəfəri keçib. Azərbaycan Respublikasında biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində həm hüquqi, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayının daha da artması ilə nəticələnib.
Regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən səmərəli tədbirlər sahibkarlığın regional strukturunda da əhəmiyyətli dəyişikliklərə səbəb olub. Əgər əvvəllər sahibkarlıq subyektlərinin mütləq əksəriyyəti Bakı şəhərində cəmləşirdisə, hazırda paytaxtda fəaliyyət göstərən əsaslı dərəcədə çoxalıb. Ölkənin regionlarında fəaliyyət göstərən müəssisələrdən 13,1 faizi Aran, 6 faizi Abşeron, 7 faizi Gəncə-Qazax, 4 faizi Şəki-Zaqatala, 5 faizI Lənkəran, 3 faizi Quba-Xaçmaz, 3 faizi Naxçıvan və 5 faizi isə digər iqtisadi rayonların payına düşürdü. Hənin dövrdə yeni yaranmış müəssisələrin 61,7 faizi Bakıda, 13,7 faizi Aran, 6,5 faizi Abşeron, 5,9 faizi Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyətə başlamışdı. Müəssisələrin yaradılması prosesi Abşeron, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Dağlıq Şirvan, Quba-Xaçmza iqtisadi rayonlarında və Bakıda daha sürətli olmuşdu. Fərdi sahibkarların əsas hissəsi Bakıda 34,7 faiz, Aranda 19,4 faiz və Gəncə-Qazax iqtisadi rayonlarında 11,2 faiz olmaqla fəaliyyət göstərirdi.
2009-cu il yanvarın 1-nə Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunda 9918, emal sənayesində 6662, tikinti sektorunda 9017 sahibkarlıq subyekti fəaliyyət göstərirdi. Hüquqi şəxslərin strukturunda xarici və birgə investisiyalı müəssisələrin sayı 5203 vahid olmuşdu.
Ötən illər ərzində ölkədə sahibkarlığın dəstəklənməsinin təşkiilati-iqtisadi modellərinin yaradılması, sahibkarlığın regional inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il, 6 mart tarixli 538 nömrəli fərman imzalamışdı. Bu fərmandan irəli gələn məsələlərin həlli məqsədilə "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi hazırlandı və aidiyyati üzrə təqdim edildi. Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisində ikinci oxunuşda müzakirə olundu və qəbul edildi. Beləliklə, sahibkarlığın regional inkişafının sürətləndirilməsi məqsədilə təbliğat, təşviqat, məsləhət və informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində müvafiq işlər həyata keçirildi.
Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramının birinci mərhələsinin icrası nəticəsində sahibkarlığa dövlət maliyyə yardımı mexanizmləri təkmilləşdirildi və bu mexanizmlər sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyinə çevrildi. Sahibkarlığa Kpmək Milli Fondunun vəsaiti hesabına regionların inkişaf etdirilməsi istiqamətində iqtisadiyatın istehsal və emal sahələri üzrə, həmçinin regionlarda turizm infrastrukturunun inkişafına yönəldilən güzəştli kreditlərin həcminin ilbəil dinamik atımı müşahidə edilmişdi. Sahibkarlara verilən iri kreditlərin maksimum həddi artırılaraq 3 milyon manata çatdırılmış, güzəştli kreditlərin verilməsinin maksimum müddəti isə 7 ilə qədər artırılmışdı. Bundan əlavə güzəştli kreditlərin verilməsi prosedurları sadələşdirilmiş, regionlarda sahibkarların həmin güzəştli kreditlərə əlyetərliyini artırmaq məqsədilə müvafiq tədbirlər görülmüşdü.
2004-cü ildən başlayaraq dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün ayrılan güzəştli kredit vəsaitlərinin həcmi ilbəil artırıldı. Belə ki, 2004-2008-ci illərdə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi məqsədilə 277, 4 milyon manat vəsait ayrılmışdı. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin böyük bir hissəsi Azərbaycan Respublikası Prezidentinin regionların social-iqtisadi inkişafını nəzərdə tutan fərman və sərəncamlarının icrası ilə əlaqədar investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdi. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 4294 sahibkarlıq subyektinə 131,4 milyon manat, "Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının social-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 avqust, 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən turizm infrastrukturunun inkişafı üzrə 110 sahibkarlıq subyektinə 28,8 milyon manat, "Azərbaycan Respublikasının regionlarının, o cümlədən Ləkəran şəhəri, Astara, Masallı və Yardımlı rayonlarının social-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr, 2005-ci il tarixli 1001 saylı sərəncamına əsasən həmin bölgədə kənd təsərrüfatının, xüsusilə üzümçülüyün, çayçılığın, aqroservis müəssisələrinin inkişafı üzrə 21 sahibkarlıq subyektinə 0,4 milyon manat, "Azərbaycan Respublikasının regionlarının, o cümlədən Əli Bayramlı (Şirvan) şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının social-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr, 2005-ci il tarixli 1044 saylı sərəncamına əsasən həmin rayonlarda iqtisadiyyatın (süd emalı, biyan istehsalı və emalı, toxucukuq fabrikinin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı müəssisəsi, kərpic zavodunun tikintisi) inkişafı üzrə 9 sahibkarlıq subyektinə 0,2 milyon manat dəyərində kredit verilmişdi.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir