Deputatlar tətildən qayıtdılar

Avqustun 30-da Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatıb. Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb. "Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.

Qeyd edək ki, Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb. Məlumata görə, parlamentin komitə iclasları sentyabrın 15-dən başlanacaq. Parlamentin ilk plenar iclasının sentyabrın 30-da keçirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31