BAMF BMT Baş Katibinə müraciət edib

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT Baş Katibi Antoniu Quterreşə Avropa Parlamentinin 2017-ci il iyulun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi (2017-ci il) / 2041 (INI)) saylı Şuraya ünvanladığı tövsiyyəyəsinə bir daha ciddi nəzər salması üçün müraciət edib. 

Məruzə 2017-ci il iyulun 9-da komitəyə təqdim olunub. Tövsiyə müzakirədən, düzəlişin qəbul edilməsindən və yekun səsvermədən sonra 2017-ci il iyulun 5-də qəbul edilib.

Təklif edilmiş və qəbul olunmuş düzəlişlərdə Azərbaycanın haqq səsi açıq aydın boğulub. Tövsiyənin son variantı Ermənstan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə real faktları təkzib edir və oxucunu çaşdırır.

Qəbul edilmiş tövsiyə beynəlxalq normalara uyğun olmadığı üçün və BMT-nin əsrin bir rübündən çox davam edən münaqişəyə dair rəsmi mövqeyini əks etdirmədiyi üçün yenidən ciddi və hərtərəfli baxılmağı tələb edir.

BAMF hesab edir ki, ictimai təşkilatlar, həmçinin müxtəlif strukturlar bu müraciətə qoşulmalı və 2017-ci il sentyabrın 12-də Birləşmiş Millətlərin Baş Assambleyasının 72-ci sessiyasında Avropa Parlamentinin təklif etdiyi tövsiyəyə ədalətli qiymət verilməsinə dair çağırış etməlidir. Ümumi müzakirələr sentyabrın 19-31-də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31