Unudulmaqda olan “Kaytaq” tikməsi üzrə ustad dərsi

Azərbaycan Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” layihəsini həyata keçirir.Layihənin məqsədi – unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. “Olaylar” bildirir ki,  sentyabrın 5-21 tarixlərində Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Hal-hazırda bərpa edilən dargin “Kaytaq” tikmə növü üzrə ustad dərslər keçirir. Antikvar toxuculuq və XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.

Azərbaycan Xalça Muzeyi "Azərbaycanın mədəni sərvəti" layihəsini həyata keçirir.Layihənin məqsədi - unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. "Olaylar" bildirir ki,  sentyabrın 5-21 tarixlərində Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində Dağıstanın dargin "Kaytaq" tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib.
Hal-hazırda bərpa edilən dargin "Kaytaq" tikmə növü üzrə ustad dərslər keçirir. Antikvar toxuculuq və XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
Ustad dərslər Azərbaycan və rus dillərində təşkil olunacaq. Dərslər tam pulsuzdur. Kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. Dərslərdə bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi və bərpa, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyatı olan şəxslər iştirak edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31