Zorakı ana həbs edildi
Son zamanlar xəbər portallarında azyaşlıların tez-tez valideynləri tərəfindən şiddətə məruz qaldığı barədə xəbərləri görürük. Bir çox hallarda onlar qanun qarşısında məsuliyyətdən yaxa qurtarırlar. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzininin kordinatoru Vasif Akifli sosial şəbəkədə anası tərəfindən fiziki şiddət görmüş 4 yaşlı Yağmur barədə məlumat verib:”4 yaşlı Yağmuru çoxları xatırlayır.12 may 2017-ci il tarixində Binəqədi rayon PB-nin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.Fiziki zorakılığa məruz qalan azyaşlının hüquqi və psixoloji reabilitasiyası hələdə davam etdirilməkdədir.
29 Avqust 2017 21:36 SosialSon zamanlar xəbər portallarında azyaşlıların tez-tez valideynləri tərəfindən şiddətə məruz qaldığı barədə xəbərləri görürük. Bir çox hallarda onlar qanun qarşısında məsuliyyətdən yaxa qurtarırlar. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzininin kordinatoru Vasif Akifli sosial şəbəkədə anası tərəfindən fiziki şiddət görmüş 4 yaşlı Yağmur barədə məlumat verib:"4 yaşlı Yağmuru çoxları xatırlayır.12 may 2017-ci il tarixində Binəqədi rayon PB-nin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.Fiziki zorakılığa məruz qalan azyaşlının hüquqi və psixoloji reabilitasiyası hələdə davam etdirilməkdədir. Onun anası Məmmədova Şahnaz ailə münaqişəsi zamanı yaranmış mübahisələr zamanı əsəbləşərək, köməksiz vəziyyətdə olan 2012-ci il təvəllüdlü azyaşlı qızı Yağmuru döyüb. Azyaşlı sol gözaltı nahiyənin, kürəkaltı nahiyənin sıyrıqları kimi bədən xəsarətləri alıb. Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə göstərlilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 85 və 223-224-cü maddələri rəhbər tutularaq təqsirləndirilən şəxs qismində Məmmədova Şahnaz barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib." Psixoloq.az