Küçədə tapılan körpənin bədənində zorakılıq əlamətləri aşkar edilib
Dörd yaşlı uşaq döyülərək, küçəyə atılıb. Azyaşlı polis əməkdaşları tərəfindən tapılıb. Uşağın dediyinə görə onu valideynləri bu hala salıb. "Olaylar" bildirir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli bildirib ki, uşaq avqustun 26-da gecə saatlarında Nəriman rayonu ərazisində aşkarlanıb: “Gecə saat 23:00 radələrində Bakı şəhəri Nərimanov rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşları baxımsız və kimsəsiz bir uşaq tapıb. Uşağın 4 yaşı var. Hazırda sığınacağa yerləşdirilib. Onun üzərindən 1 manat pul çıxıb. Özünün dediyinə görə, müəyyən zamanlarda ailəsi onu diləndirilib. Əmiləri isə dəfələrlə döyüblər. Uşağın bədənində döyülmə izləri var. Bu gün o, tibbi müayinədən keçəcək”.
29 Avqust 2017 20:02 SosialDörd yaşlı uşaq döyülərək, küçəyə atılıb. Azyaşlı polis əməkdaşları tərəfindən tapılıb. Uşağın dediyinə görə onu valideynləri bu hala salıb. "Olaylar" bildirir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli bildirib ki, uşaq avqustun 26-da gecə saatlarında Nəriman rayonu ərazisində aşkarlanıb: "Gecə saat 23:00 radələrində Bakı şəhəri Nərimanov rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşları baxımsız və kimsəsiz bir uşaq tapıb. Uşağın 4 yaşı var. Hazırda sığınacağa yerləşdirilib. Onun üzərindən 1 manat pul çıxıb. Özünün dediyinə görə, müəyyən zamanlarda ailəsi onu diləndirilib. Əmiləri isə dəfələrlə döyüblər. Uşağın bədənində döyülmə izləri var. Bu gün o, tibbi müayinədən keçəcək".
Vasif Akifli bildirib ki, məsələ ilə bağlı Daxili işlər Nazirliyi və Baş Prokurorluğa müraciət edilib. Mərkəzinin direktoru onu da qeyd edib ki, bu cür valideynlər ciddi şəkildə cəzalandırılmalıdır.