Azərbaycanda 3 xəstəliyin kökü kəsilir
“Uşaqlar bir yerə cəmləşdikdə onların bir-birini xəstəliyə yoluxdurması problemi ortaya çıxır. Ona görə də işlər elə qurulmalıdır ki, bu problemlər ortaya çıxmasın”. Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev jurnalistlərə açıqlamasında deyib.
29 Avqust 2017 19:23 Sosial"Uşaqlar bir yerə cəmləşdikdə onların bir-birini xəstəliyə yoluxdurması problemi ortaya çıxır. Ona görə də işlər elə qurulmalıdır ki, bu problemlər ortaya çıxmasın". Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 3 xəstəliyin kökü kəsilmək üzrədir: "Belə ki, bunlardan biri poliomielit (ağır iflic) xəstəliyidir ki, artıq uzun illərdir ki, ölkəmizdə heç bir uşaqda bu xəstəliyə rast gəlinmir. Digər xəstəliklər isə qızılca və məxmərəkdir".
Baş pediatr qeyd edib ki, bu gün Azərbaycanda vaksinasiya olunmayan xəstəlik suçiçəyidir: "Bu təkcə biz də deyil, dünyanın bir çox ölkələrində bu xəstəlik vaksinasiya edilmir. Birincisi ona görə ki, suçiçəyi xəstəliyin ağır fəsadları olmur, istənilən şəxsdə bu xəstəlik sağalma ilə müşahidə olunur. Digər səbəb isə suçiçəyinə qarşı vaksinin bizi qane etməməsidir. Əgər daha effektli vaksin meydana gəlsə, o zaman biz bunu tətbiq edəcəyik". Sia.az