Məktəblilər necə qidalanmalıdır?
"Tədris ili başladıqda uşaqlar hər gün evdə öyrəşdiyi qidalanma rejimini dəyişərək yenisinə keçirlər. Bu baxımdan uşaqların vaxtında qidalanması olduqca vacibdir”. Bunu ATU-nun Qidalanma və kommunal gigiyena, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının müdiri İbrahim Əhmədov uşaqların qidalanması, gigiyenik qaydalara əməl etməsi ilə bağlı keçirilən tədbirdə deyib.
29 Avqust 2017 19:09 Sosial"Tədris ili başladıqda uşaqlar hər gün evdə öyrəşdiyi qidalanma rejimini dəyişərək yenisinə keçirlər. Bu baxımdan uşaqların vaxtında qidalanması olduqca vacibdir". Bunu ATU-nun Qidalanma və kommunal gigiyena, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının müdiri İbrahim Əhmədov uşaqların qidalanması, gigiyenik qaydalara əməl etməsi ilə bağlı keçirilən tədbirdə deyib.
Kafedra müdiri bildirib ki, uşaqların səhər yeməyi qəbul etməsi mütləq şərtdir: "Lakin bizdə çox təəssüf ki, səhərlərin uşaqların isti yeməklərlə qidalanması vərdişi yoxdur. Əslində uşaqlar səhərlər isti yeməklərlə qidalanmalıdırlar. Bura süd, yumurta yeməkləri ilə yanaşı, ət, balıq, toyuq daxil olmalıdır. Çünki bu yeməklər uşaqların gün ərzində yorğunluğunun qarşısını almaqla yanaşı, onların zehninin gücləndirilməsində də mühüm rola malikdirlər. Valideynlər uşaqları səhərlər qənnadı, biskvit məhsullarından uzaq tutmalıdırlar. Ən pisi isə uşaqların səhərlər "fast food"la qidalanmasıdır".
İ.Əhmədov qeyd edib ki, valideynlər uşaqlarda düzgün yemək vərdişi formalaşdırmalıdırlar: "Yaxşı olar ki, uşaqlar gündə 4 dəfə qidalansınlar, qida qəbulları arasında fasilə düzgün bölüşdürülsün". Mütəxəssis əlavə edib ki, yuxu gətirən qidalar uşaqlara yatmazdan öncə verilməlidir: " Süd və qatığın tərkibində insanı sakitləşdirən qidalar var. Yaxşı olardı ki, uşaqlar yatmazdan öncə bu məhsullardan istifadə etsinlər ki, gecəni rahat yata bilsinlər". Sia.az