“Azərbaycan Şirvanşahlar dövləti” sərgisi təşkil olunacaq

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir. “Olaylar” bildirir ki,  muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid unikal eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keykubad, I Xəlilullah və Fərruh Yasara aid silahlar xüsusi yer tutur. Muzeydə şirvanşahların “çövşən” növünə aid yaraqları, həmçinin “tülbənd” növünə aid dəbilqələri mövcuddur. Eyni zamanda, dünya muzeylərinin fondlarında Azərbaycana aid qorunan yeni eksponatların müəyyən olunması istiqamətində də araşdırmalar davam edir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan Şirvanşahlar dövləti" sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir. "Olaylar" bildirir ki,  muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid unikal eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keykubad, I Xəlilullah və Fərruh Yasara aid silahlar xüsusi yer tutur. Muzeydə şirvanşahların "çövşən" növünə aid yaraqları, həmçinin "tülbənd" növünə aid dəbilqələri mövcuddur. Eyni zamanda, dünya muzeylərinin fondlarında Azərbaycana aid qorunan yeni eksponatların müəyyən olunması istiqamətində də araşdırmalar davam edir.

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan Şirvanşahlar dövləti" sərgisinin açılışı bu ilin payızına planlaşdırılır. Sərgidə dövlətin çoxəsrlik tarixini, yüksək inkişaf səviyyəsinə çatmış iqtisadiyyatını, unikal sənətkarlığını, zəngin mədəniyyətini əyani olaraq görməyə imkan verən eksponatlar nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31