"Opel” ilə “VAZ” toqquşdu, 2 nəfər xəsarət aldı

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” ilə “VAZ 2107” markalı avtomoibllərin toqquşması nəticəsində VAZ-da olan iki sərnişin, rayonun Quşçular kənd sakinləri - 1969-cu il təvəllüdlü Rahilə Rüstəmova və 1959-cu il təvəllüdlü Gültəkin Namazova müxtəlif bədən xəsarətləri alıblar. Qadınlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Opel" ilə "VAZ 2107" markalı avtomoibllərin toqquşması nəticəsində VAZ-da olan iki sərnişin, rayonun Quşçular kənd sakinləri - 1969-cu il təvəllüdlü Rahilə Rüstəmova və 1959-cu il təvəllüdlü Gültəkin Namazova müxtəlif bədən xəsarətləri alıblar. Qadınlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31