FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub

FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub. Bu barədə  “Olaylar”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub. Bu barədə  "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Fövqəladə Hallar Nazirlyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri avqustun 22-də saat 06:30 radələrindən Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlamış və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31