Bağça uşaqlara nə üçün lazımdır? – Psixoloq məsləhətləri
Uşağın gələcəyini formalaşdıran birinci amil onun təhsili və tərbiyəsidir. Bu yol öncə bağçadan sonra isə məktəblərdən keçir. Təəssüflər olsun ki, bir çox valideynlər övladlarını hansısa müəyyən səbəbləri əsas tutaraq bağçalardan məhrum edirlər. “Bağçaya gedən uşaq diri olur”, “bağça uşağı yetişdirir”, “bağça uşağı məktəbə uyğunlaşdırır” və s. bu kimi fikirləri hər birimiz eşitmişik. Bəs bağça uşaq üçün nədir? Uşağın formalaşmasında əhəmiyyəti varmı?
21 Avqust 2017 18:31 SosialUşağın gələcəyini formalaşdıran birinci amil onun təhsili və tərbiyəsidir. Bu yol öncə bağçadan sonra isə məktəblərdən keçir. Təəssüflər olsun ki, bir çox valideynlər övladlarını hansısa müəyyən səbəbləri əsas tutaraq bağçalardan məhrum edirlər. "Bağçaya gedən uşaq diri olur", "bağça uşağı yetişdirir", "bağça uşağı məktəbə uyğunlaşdırır" və s. bu kimi fikirləri hər birimiz eşitmişik. Bəs bağça uşaq üçün nədir? Uşağın formalaşmasında əhəmiyyəti varmı?
Bu barədə cavab verən uşaq psixoloqu Günay Behbudova bildirib ki, uşağın hər yaş mərhələsində valideynlərindən ayrı qalacağı bir dönəm olmalıdır: "Bu o demək deyil ki, uşaq nənə-baba və ya digər qohumların yanında böyüsün. Burada məqsəd odur ki, uşaq öz yaş mərhələsinə uyğun uşaqlarla bir ortamda olmağı bacarsın və buna alışsın. Bunun üçün isə hər bir uşağın həm bağçaya, həm də məktəbə getməyi vacibdir. Çünki bağça uşağın gələcəyinə stimul verən bir yerdir. Eyni zamanda, bağçaya gedən uşaqla getməyən uşağı müqayisə etsək, onların psixoloji durumlarının da çox fərqli olduğunu görərik. Məsələn, 1-ci sinfə gələn uşaqlar arasında anasız qalmağı bacarmayıb ağlayanlar olur. Amma bağçaya gedən uşaqlar şüurlu şəkildə dərk edir ki, məktəb onun gələcəyini formalaşdırır və bunu rəhbər bilərək ağlamır".
Psixoloq daha bir məsələyə toxunaraq əlavə edib ki, digər tərəfdən, valideyn işdə olur və uşaq nənə-baba əhatəsində böyüyür. Həmin uşaqlar daha aqressiv, ərkəsöyün olurlar: "Uşağın həmin mühitdənsə bağçada zamanını keçirməyi daha yaxşı olardı. Həmçinin bu uşağın psixologiyasına da məqbul hesab olunur. Çünki uşaq fikirləşmir ki, valideynlərim məni atıb iş dalınca gedir. Artıq o fikirləşir ki, bağça şərtdir və mən də burda olan uşaqlar kimi bağçaya gəlməyə məcburam. Orada olan xoş münasibət isə uşağa xoşagələn olur və uşaq rejimli həyat düşüncəsini dərk etməyə başlayır. Məlumdur ki, müəyyən dönəmlərdə uşağın günorta yatmamağı onun psixologiyasına nə qədər ziyan vurur. Bu gün bağçaya getməyən 10 uşağın valideynindən sorğu alsaq, aydın olar ki, bu saydan 7-8 nəfəri günorta yatmır. Nəticədə psixoloji durumu sağlam olmayan uşaqlar yetişdirilir və gələcəyimizin təminatçısı adını qazanırlar". Azadinform.az