Həkimlər XƏBƏRDARLIQ etdi - Soyuq su içməyin, əks halda...
Həkimlər isti yay günlərində ürək və təzyiq xəstələrinə xəbərdarlıq edib. Havaların isti keçməsi ən çox ürəyində problem olanlara pis təsir edir. İsti havalarda orqanizm daha çox tərləyir və bədən temperaturu aşağı düşür. Tərləmə zamanı dəridəki damarlarda genişlənmələr olur. Bu genişlənmələr də ürək çatışmazlığı olan xəstələrdə həyati orqanlara gedən qan miqdarının azalmasına səbəb olur.
21 Avqust 2017 19:10 SosialHəkimlər isti yay günlərində ürək və təzyiq xəstələrinə xəbərdarlıq edib. Havaların isti keçməsi ən çox ürəyində problem olanlara pis təsir edir.
İsti havalarda orqanizm daha çox tərləyir və bədən temperaturu aşağı düşür. Tərləmə zamanı dəridəki damarlarda genişlənmələr olur. Bu genişlənmələr də ürək çatışmazlığı olan xəstələrdə həyati orqanlara gedən qan miqdarının azalmasına səbəb olur.
Beyində qan dövranı zəiflədiyi üçün xəstədə yorğunluq, halsızlıq, yuxusuzluq, şüurda bulanıqlıq yarana bilər. Böyrəklərə gedən qan azaldığı üçün təzyiq düşür. Ürək çatışmazlığı olan xəstələrdə isə təzyiqin düşməsi mənfi halla nəticələnə bilər. Təzyiq düşdüyü üçün ürək daha çox enerji sərf edir. Bu da döş qəfəsində ağrı şikayətlərini artırır. Ürək yaxşı qidalanmadığı üçün nəfəsdə daralma müşahidə edilir.

Tətilə çıxmadan həkiminizə mütləq görünün
Mütəxəssislər ürəklə bağlı problemi olan xəstələrin yay aylarında mütləq həkimə müraciət etməsini tövsiyyə edirlər. Dərman istifadə edən xəstələrə bəzən dərmanlar pis təsir edir. Həkimlər yayda xəstələrin qəbul etdiyi dərmanın dozasını bəzən azaldırlar.
Çox soyuq su içmək ürəyə ziyandır

Ürək və təzyiq xəstələri isti havalarda bol maye qəbul etməlidirlər. Maye məhdudlaşdırması olmayan xəstələr gündəlik 2-2,5 litr su içməlidirlər. Mineral sulardan isə müəyyən qədər istifadə etmək olar. Çox soyuq su içmək nəbzin sürətli döyünməsinə səbəb olur, bu da təzyiqin normallaşmasına pis təsir edir, döş ağrısı və ürəkdə spazma yaradır.
Orqanizmin temperaturu ilə uzlaşmaq üçün normal temperaturda maye qəbul etmək tövsiyyə edilir.
Günün müəyyən saatları riskli saatlardır. 11 ilə 4 arası açıq sahələrə çıxmamaq məsləhətdir. Əgər açıq havaya çıxmağa məcbursunuzsa şlyapadan, açıq rəngli, pambıq paltarlar geyinilməlidir.
İsti yay günlərində yağlı, ədviyyatlı, qızartma yeməklərdən qaçınmaq lazımdır. Bol meyvə və tərəvəz istehlak edilməli, soyutma və soba yeməklərinə üstünlük verilməlidir. Şirniyyatlardan isə uzaq durulmalıdır. A24.Az