Facebook saxta xəbərlərlə mübarizə aparacaq

Facebook sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.

Trend  bildirir ki, Facebook məlumatların doğruluğunun yoxlanılması məqsədilə xəbərləri xüsusi faktyoxlama şirkətlərinə göndərəcək.

Bundan sonra yoxlamanın nəticələri orijinal paylaşımın altında nümayiş etdiriləcək.

Qeyd olunur ki, bununla əlaqədar sosial şəbəkə ABŞ, Almaniya və Fransa şirkətlərinə müraciət edib.

Bu funksiya əvvəlcə adıçəkilən ölkələrdə və Niderlandda sınaqdan keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00