Tibb müəssisəsinin rəhbəri adamları necə tələyə salır?
Son vaxtlar ölkənin tibb sahəsində baş verən qeyri-adi hadisələrin şahidi oluruq. Xüsusən, özəl tibb müəssisələri tərəfindən təklif edilən fantastik ödənişlər, bunun müqabilində isə insan ölümlərinin sayının artması cəmiyyəti əməlli-başlı narahat edib. Ölkənin səhiyyə sistemində meydana çıxan neqativ halların yerində olmayan kadrların şəxsi maraqları hesabına baş verdiyi isə şübhə doğurmur.
16 Sentyabr 2016 18:49 SosialSon vaxtlar ölkənin tibb sahəsində baş verən qeyri-adi hadisələrin şahidi oluruq. Xüsusən, özəl tibb müəssisələri tərəfindən təklif edilən fantastik ödənişlər, bunun müqabilində isə insan ölümlərinin sayının artması cəmiyyəti əməlli-başlı narahat edib. Ölkənin səhiyyə sistemində meydana çıxan neqativ halların yerində olmayan kadrların şəxsi maraqları hesabına baş verdiyi isə şübhə doğurmur. Məlumata görə, respublikada fəaliyyət göstərən bir sıra özəl tibb müəssisələri mövcud qanunvericiliyə uyğun deyil, rəhbərliyin müəyyən etdiyi prinsiplər əsasında fəaliyyət göstərir. Belə ki, bu tipli tibb müəssisələrinə müraciət edən pasiyentlər heç bir əsas olmadan lazımsız tibbi müayinə və müalicəyə məcbur edilirlər. Hansı ki, pasiyentlər bu cür lüzumsuz "tibbi xidmətə" görə külli miqdarda vəsait ödəmək zorunda qalırlar. Bu prinsiplər isə vətəndaşların sağlam yaşam və keyfiyyətli tibbi yardım almaqla bağlı konstitusion hüquqlarına ziddir. Son zamanlar isə belə müəssisələr tərəfindən imkanlı pasiyentlərin bilərəkdən aldadılması, yaxud, onların nüfuzundan şəxsi maraqlar üçün istifadə edilməsi hallarına tez-tez rast gəlinir. Redaksiyamıza daxil olan belə tibb müəssisələri barədə məlumatlardan biri də paytaxt Bakıda fəaliyyət göstərən "Azәr İsra" tibb mәrkәzi və onun sahibi Aleksander Şapiro haqqındadır. "Çox maraqlı bir hadisəni sizə nəql edəcəyəm. Bakıda çoxsəsli bir adla, "Azər-İsra" adlanan tibb mərkəzi var. Həmin tibb mərkəzinin sahibi özünü yəhudi adlandıran Aleksander Şapiro Sulimanddır. "Azər-İsra" tibb mərkəzinin dövlətə 30 000 manat borcu var idi. Mərkəzin bütün avadanlığına həbs qoyulmuşdu. Məhkəmə icraçıları qərarın icrasına başlamışdılar. Həmin ərəfədə çox mötəbər bir adam Türkiyədə keçdiyi müayinə və müalicənin nəticələri olan sənədlərə baxıb rəyini bildirməsi üçün Aleksanderə müraciət edir. Əlbəttə həmin mötəbər adama Aleksanderin tibb mərkəzinə müraciət etməsini onun (yəni Aleksanderin) dostları tərəfindən məsləhət görülmüşdü". Mənbənin məlumatına görə, həmin mötəbər adamın "Azər-İsra" tibb mərkəzinin sahibi Aleksanderə müraciət etməsi, mərkəzin sahibi Aleksanderin əlinə girəvə salır. Dərhal Aleksanderin beynində planlar qurulur. Əsas və başlıca plan, əvvəlcə onu inandırmaq, sonra isə 30 000 manatı ələ keçirib avadanlıqları həbsdən azad etmək olur. Əvvəlcə Türkiyədə keçirilən müayinənin nəticələri ilə tanış olan Şapiro müştərisinin sağlamlıq durumunda elə bir problemin olmadığını, Türkiyədə müayinənin və müalicənin düzgün olduğunu deyir. Sonra da müştərisinə onun İsraildə geniş imkanları olduğunu, hər hansı problemin olduğu təqdirdə İsrailin ən nüfuzlu xəstəxanalarında, ən tanınmış həkimlərin müayinəsindən keçməsini təşkil edəcəyinə inandırır: "Daha sonra Aleksander deyir ki bir aylığa ona 30 000 manat borc pul versin. Hansısa bir problemi var, onu həll edəcək və tam bir ayın başında borcu qaytaracaq. Mötəbər müştərisi kefinin kök olduğu məqama düşdüyü üçün heç bir yazılı kağız da almadan Aleksanderə 30 000 manatı verir. Üstündən bir ay keçir, Aleksander borcu qaytarmır. Nağıllardakı kimi həftə keçir, aylar keçir gəlib il olur Aleksander borcunu qaytarmır ki, qaytarmır. Müştərisi olmuş mötəbər şəxs ona utana-utana deyir ki, axı sən 30 000 manat borc aldın, bir ay müddətində qaytarmağa söz verdin. Artıq bir ildən çoxdur ki, borcu qaytarmırsan. Aleksander özünəməxsus lovğalıqla deyir ki, o, çox geniş imkanlara malik bir iş adamıdır. 30 000 onun üçün böyük məbləğ deyil. Sabah saat 6- da pulu verəcək. O gündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq Aleksander hələ də borcunu qaytarmayıb". Aleksanderin yalan danışdığını, onu adatdığını görən müştərisi ondan borcun avqust ayının 20-də ödəcəyi haqda yazılı öhdəlik alır. Avqust ayının 20- dən Aleksander yağlı əppəyə dönüb yoxa çıxır. İndi gah deyir Təl- Əvivdədir, gah da deyir Gürcüstandadır. Əlində bunların hamısını sübut edən sənədlər olduğunu deyən Aleksanderin mötəbər müştərisi indi onun axtarışına çıxıb. Mənbənin bildirdiyinə görə, Aleksanderin 6 ilə yaxındır ki, İsraildə iş ortağına 100 000 dollar "atdığı" üçün oraya gedə bilməməsi, Azərbaycanda da bir neçə adama iri məbləğlərə "atması" üzə çıxıb: "Əgər özünü sülh səfiri, insan hüquqları komissarı kimi təqdim edən, Aleksander Şapiro Suliman bir neçə gün ərzində üzə çıxıb borcunu ödəməsə, mötəbər müştəri əlində olan bütün sübutları dərc edərək özünü bu dələduz komissarın hərəkətlərindən müdafiə etməyi planlaşdırır. Bu hərəkəti ilə pasyent istəyir ki heç olmasa bundan sonra başqaları Aleksanderin tələsinə düşməsinlər".
Nurlan