“Cənnətdən gələn məktublar” adlı kitabın təqdimatı keçirilib

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada Şabran şəhər Xəqani adına Poeziya evinin direktoru, şairə Aybəniz Əliyarlının “Cənnətdən gələn məktublar” adlı kitabının təqdimatı keçirilib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada Şabran şəhər Xəqani adına Poeziya evinin direktoru, şairə Aybəniz Əliyarlının "Cənnətdən gələn məktublar" adlı kitabının təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Ə.Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı Aybəniz Əliyarlının yaradıcılığı haqqında məlumat verib. Daha sonra tədbirdə iştirak edən şairlər Əşrəf Şəfiyev, Sabir Sarvan, Ramiz Qusarçaylı, Ofelya Babayeva, Şahməmməd Dağlaroğlu, Əkbər Qoşalı, Dəyanət Osmanlı, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova və digərləri çıxış edərək şairəni təbrik edib, xoş arzularını çatdırıb, yaradıcılıq uğurları arzulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31